Cosplay nədir?


Cosplay "costume" ve "play" sözlərinin birləşdirilməsi ilə əmələ gəlmiş, “kostyumlu səhnəcik/teatr” olaraq tərcümə olunur. Cürbəcür aksesuarlar və kostyumlar istifadə edərək, yapon cizgi filmləri olaraq bilinən anime, komiks, film, oyun, kitab və cosplay sənətçilərinin özlərinin yaratdığı personajları yamsıladığı kostyum və teatr sənətidir.

Cosplayer: Cosplay Sənətçisi. Cosplayer olmaq üçün professionallıq tələb olunmur. Yaş, cinsiyyət, irq fərq etmir. Əylənmək ən əsas şərtlərimizdəndir. Cosplay bir peşədir ancaq bir çox insan bunu hobbi olaraq edir.

AzeCON nədir?


AzeCON, Azərbaycanda ilk və tək Cosplay Konvensiyasıdır. Bu tədbir anime, manqa/komiks, kibersport və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı. Eləcə də, iştirakçılar sevdiyi oyun/film/animelərindəki sevimli personajlarının roluna bürünəbilər. Məqsədimiz, Azərbaycanlı Cosplaylarımızı dünyaya tanıtmaq və Dünya Cosplay Summitində Azərbaycanı təmsil etməkdir.

Konvensiyamızın tərkibində, anime, manqa, komiks, film, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış standları, karaoke, rəqs meydançası, rəsm və əl işləri ilə əlaqəli “workshop”lar, video klip çəkilişi, xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar və hamının həyəcanla gözlədiyi “Cosplay Yarışması” var!

Növbəti AzeCON, 6 Oktyabr Bakı İdman Sarayında baş tutacaq. Giriş biletlidir.

Galeri


Cosplay Yarışması


Kayıt Linki

Qiymətləndirmə


İştirakçılar üç əsas kriteriyalar üzrə qiymətləndiriləcəklər:
⦁ Əl işi – İştirakçı kostyumu necə hazırlayıb, yaradıcılıq
⦁ Oxşarlıq
⦁ Təqdimat - iştirakçıların kostyumlarını səhnədə təqdimatı, personajın roluna bürünəbilməsi və səhnəciyinin yaradıcılığı

İştirakçılar yarışma başlamadan 30 dəqiqə əvvəlcədən Jurilər tərəfindən 1 və 2ci kriteryalar üçün dəyərləndiriləcək. Bu hər iştirakçı üçün maksimum 3 dəqiqədir. Əgər kostyumunuzun hər hansı bir hissəsi sizin əl işinizdirsə özünüzlə bərabər bunu ispat edən referans (rəsim, video) gətirməyiniz daha yaxşı olar.

Kostyumuzu səhnədə təqdim edərkən son balınız veriləcəkdir.

Nominasiyalar: 

1. Cosplay Komanda Yarışması: Komanda üzv sayısı 10 nəfər ilə məhduddur. Səhnəyə çıxmazdan qabaq juri üçün şəkil çəkdirməyi unutmayın. Səhnəciyiniz ən az 30 saniyə olmalıdır.

2. Solo Cosplay Yarışması: Səhnəyə çıxmazdan qabaq şəkil çəkdirməyi unutmayın. Səhnəcik şərt deyil. Səhnədə durma zaman məhdudiyyəti yoxdur. Sadəcə kostyumunu nümayiş etdirə bilərsiniz. Ancaq səhnəciyi olanların qazanma şansı yüksəkdir.

Stendlər


Kayıt Linki

Proqram


10:00 Yalnız cosplay edenlere mekana daxil ola bilecek ve hazırlaşacaq
11:30 Qapılar her kes üçün açılacaq
13:00 Mini rəqs, rəsmi açılış merasimi, stendlerin tanıdılması, oyunların açılması
13:30 Cosplay komanda müsabiqesinin başlanması
15:00 Musiqili fasile
15:30 Solo cosplay defile (müsabiqə)
16:15 Jürilərin seçimləri yekunlaşdırması üçün fasilə - rəqs şousu, mini rock konsert
16:35 JUST dance rəqs vaxtı
17:00 Qaliblərin elan edilməsi və mükafatlandırılması
17:30 Bağlanış mərasimi

Əlaqə


AzeCON Təşkilat Ailəsinə qatılmaq istəyirsiz Təklif və ya iradınız varsa, bizə çəkinmədən yazın!