Biz Kimik?



AzeCON, Azərbaycan və “convention” sözünün qısaca birlikdə istifadə olunması ilə yaranan anlayışdır və Türkiyədə Torucon, Avropada Eurocosplay, Amerikada San Diego Comic-con, Londondaki MCM Expo kimi eyni məqsədli tədbirlərin Azərbaycanda keçirilən formasıdır. “Convention” anlayışıyla, hər il daimi olaraq tədbirlər təşkil etməyi hədəfləyən AzeCON təşkilat komitəsi Azərbaycanda anime, manqa və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı, sərbəst vaxtlarının səmərəli təşkil etdiyi bir platformadır. Eləcə də, ilərləyən zamanlarda dünyada keçirilən önəmli cosplay konvensiyalarında Azərbaycanı təmsil edəcək ilk tədbir olmağı planlayırıq. Konvensiyamızın tərkibində, anime, manqa, komiks, film, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış standları, karaoke, rəqs meydançası, rəsm və əl işləri ilə əlaqəli “workshop”lar, video klip çəkilişi,  xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar və “Cosplay Yarışması” var.